ManşetXəbər xətti

“Formula 1”ə görə bağlanan yollar nə zaman açılacaq?

Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, 10 – 12 iyunda keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirir.