Lavrovun təyyarəsi üçün hava məkanı bağlandı
“Serbiyanı əhatə edən ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb”.bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.“Rusiya nümayəndə heyəti Belqradda danışıqlar aparmalı idi. Lakin Aİ və NATO-ya üzv ölkələr öz hava məkanını bağladı. Bu, kommunikasiya kanallarının növbəti dəfə bağlanmasıdır”, – deyə Zaxarova söyləyib.