Mingəçevirdə dəhşət: gəmi aşdı, 11 nəfər batdı
Dünən Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.Məlumata görə Mingəçevir şəhərində Elşən adlı şəxsə məxsus olan, kustar üsulla hazırlanan gəmi aşıb. Nəticədə 11 nəfər batıb, yaralananlar var. Qeyd edilir ki, Mingəçevir Şəhər Bələdiyyəsi Kür çayı hövzəsini bütünlüklə Elşən adlı şəxsə verib. Nə FHN-dən, nə də Su polisindən qanunauyğun icazəsi, minimal tələbləri olmayan gəmilərin hamısı bu şəxsə məxsusdur. Hadisə ilə bağlı rəsmi açıqlamanın verilməməsi də müəmma doğurur. Ümumilikdə təhlükəsizlik tələbləri olmayan, kustar üsulla hazırlanan gəmilərdə insanların daşınmasına kim və hansı formada icazə verib?Məlumatı 7news.az yayıb.