FotoGündəmManşetQHT AgentliyiSiyasətSosialVətəndaş cəmiyyətiXəbər xətti

İctimai Şuranın üzvləri Gəncədə təhsil alan əcnəbi tələbələrlə görüşüblər – FOTOLAR

İctimai Şuranın üzvləri Gəncədə təhsil alan əcnəbi tələbələrlə görüşüblər.

Gəncədə işgüzar səfərdə olan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri bu şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri ilə görüşüb, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparıblar.
Gəncə Regional Miqrasiya İdarəsinin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı keçirilən tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələrlə əlaqədar Şura tərəfindən həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Qeyd olunub ki, əcnəbi tələbələrlə bağlı mövcud qaydalar həmin kateqoriyadan olan şəxslərin hüquqi statusundan irəli gələn hüquqi çərçivələrlə müəyyən olunub. Hədəf qrupları ilə müzakirələrin aparılmasının əhəmiyyətinə toxunan A.Allahverənov miqrasiya xidmətləri zamanı elektron resurslardan səmərəli şəkildə istifadənin üstünlükləri barədə danışıb, MigAz mobil tətbiqi və digər elektron xidmətlərdən istifadə yollarını nümayiş etdirib.
Azərbaycan Dövlət Aqrar Universtetinin şöbə müdiri Küşvər Məmmədova, Gəncə Dövlət Universitetinin şöbə müdiri Ruslan Məmmədov və Gəncə Texnologiya Universitetinin əməkdaşı İlahə Qurbanova təmsil etdikləri təhsil müəssisələrində əcnəbi tələbələrlə təşkil olunan iş barədə məlumat veriblər və xüsusilə vurğulayıblar ki, tələbələrin hüquqi statusu ilə bağlı meydana çıxan məsələlər Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşlarının dəstəyi ilə çevik həllini tapır. Bununla yanaşı, tədbir iştirakçıları əcnəbi tələbələrin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları ilə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyi barədə fikir bildiriblər və bu barədə təkliflər səsləndiriblər.
Tədbirdə iştirak edən əcnəbi tələbələrin olduğu olduğu yer üzrə qeydiyyatının aparılması, onlara müvəqqəti yaşamaq və iş icazələrinin verilməsi, miqrantların hüquq və azadlıqları barədə, həmçinin onları maraqlandıran digər suallar Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov və bölgə üzrə struktur bölməsinin digər əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.