GündəmManşetQHT AgentliyiSiyasətVətəndaş cəmiyyətiXəbər xətti

Qeydiyyatdan keçən QHT-lərin sayı açıqlandı

Azərbaycanda 4 minə yaxın qeydiyyatdan keçən qeyri-hökumət təşkilatı (QHT) var.bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.Sektor müdiri qeyd edib ki, onların bəziləri aktiv fəaliyyət göstərmir.“Ancaq əksəriyyəti aktiv işləyir”,- V.Quliyev deyib.