“Aztelekom”-un əməkdaşını elektrik cərəyanı vurub
Şamaxı rayonunda “Aztelekom”MMC-nin əməkdaşı ölüb.Şamaxı rayon prokurorluğundan verilən məlumata görə, mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla müəyyən edilib ki, mərhum qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.