GündəmManşetQHT AgentliyiSiyasətVətəndaş cəmiyyətiXəbər xətti

“Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təsnifatı və təbliği” layihəsi çərçivəsində tədbir keçirilib – FOTOLAR

16 may 2022-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  “Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-nin tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təsnifatı və təbliği” layihəsi çərçivəsində həyata keçirilib.  Tədbirdə Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təbliği və təsnifi, multikulturalizm milli-mənəvi dəyər və regional sabitlik ideyası kimi, genetik ehtiyyatlar milli dəyər kimi mövzularda məruzələr edilib. Professor Adil Əsədov mədəniyyətlərin, dəyərlərin dörd tipi, Dosent Vəli Qarayev Genetik ehtiyyatların maddi-mədəni irsdə yeri, Hüseyn İbrahimov Multikulturalizm sabitlik ideyası kimi mövzularinda geniş məruzə edərək Xalqımızın milli mənəvi dəyərlərinin təsnifatı sistemində yer almış dəyərləri müqayisə və təhlil edib. Azərbaycan dövlətçiliyinin hər zaman möhkəm əsaslara malik olmasında milli-mənəvi dəyərlərin daşıdığı  komunikativ, ideoloji, inteqrativ funksiyaların əhəmiyyətindən bəhs edilib.  Layihə rəhbəri H.İbrahimov Floramızda hamının dili əzbəri olan Xarıbülbülün bu gün mənəvi dəyər və qələbə rəmzi daşıdığını Zəfər günü sevinci ilə qarşılıqlı müqaisədə təhlil edib.