QHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Binəqədi Gənclər Evində tədbir keçirib

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində növbəti tədbirini Binəqədi Gənclər Evində keçirib. Baş tutan tədbirdə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-in sədri Fatma Hacıyeva, “Milli Dəyərlər üzrə Maarifləndirmə” İB-nin sədri Gülşən Behbud, Binəqədi Gənclər Evinin əməkdaşları, gənclər iştirak edib. Layihə rəhbəri, eyni zamanda “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatma Hacıyeva çıxışında layihənin məqsədinin XX əsrin bəlalarından sayılan və  XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərmək olduğunu vurğulayıb. Müasir gəncliyin sağlam gələcəyinin təmin olunması istiqamətində məktəb şagirdləri ilə maarifləndirici söhbətlər edib.

Daha sonra “Milli Dəyərlər üzrə Maarifləndirmə” İB-nin sədri Gülşən Behbud çıxışında şagirdləri narkotik vasitələrdən uzaq durmaları ilə bağlı tövsiyələr verib. Narkomaniyanın birbaşa onların gələcək həyatlarına necə mənfi təsir edəcəyini, narkotik vasitələrdən istifadə etməklə öz sağlamlıqlarını təhlükə altına salacaqlarını bildirib. Tədbirin sonunda yeniyetmə və gənclərər dəftərxana ləvazimatları, məlumatlandırma bukleti və maarifləndirici kitabçalar paylanılıb.