“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Xəzər Gənclər Evində tədbir keçirib
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində növbəti tədbirini Xəzər Gənclər Evində keçirib. Baş tutan tədbirdə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-in sədr müavini Şəhla Qarayeva, Xəzər Gənclər və İdman idarəsinin və Xəzər Gənclər Evinin əməkdaşları, gənclər iştirak edib. “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədr müavini Şəhla Qarayeva çıxışında layihənin məqsədinin XX əsrin bəlalarından sayılan və XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərmək olduğunu vurğulayıb. Müasir gəncliyin sağlam gələcəyinin təmin olunması istiqamətində məktəb şagirdləri ilə maarifləndirici söhbətlər edib.
Daha sonra Xəzər Gənclər və İdman İdarəsinin əməkdaşı çıxışında şagirdləri narkotik vasitələrdən uzaq durmaları ilə bağlı tövsiyələr verib. Narkomaniyanın birbaşa onların gələcək həyatlarına necə mənfi təsir edəcəyini, narkotik vasitələrdən istifadə etməklə öz sağlamlıqlarını təhlükə altına salacaqlarını bildirib. Tədbir gedişatında gənclərdə mövzu ətrafında müzakirələr aparılıb. Tədbirin sonunda yeniyetmə və gənclərər dəftərxana ləvazimatları, məlumatlandırma bukleti və maarifləndirici kitabçalar paylanılıb.