QHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

“Dayaq” Sosial Maarifləndirmə İB-i İsmayılllıda tədbir keçirib

16 mart “Dayaq” Sosial MaarifləndirməİB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində İsmayıllı rayonunda Mərkəzi Uşaq kitabxanasında tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial MaarifləndirməİB-inin sədri Hicran Əliməmmədova, layihənin hüquqşünası Aysel Əliməmmədova, İB-nin Ağsu rayon nümayəndəsi Gülmirə Nağıyeva, İsmayılllı rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar şöbəsinin müdir müavini Nəsimi Teymurov, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədov və bir sıra yerli qurumların nümayəndələri iştirak edib. İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Daha sonra AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədov təmsil etdiyi qurum adından çıxış edib və sözügedən layihə çərçivəsində  Bakı şəhərinin Yasamal və Səbail rayonları eləcə də Ağsu və İsmayıllı rayonlarında vətəndaşların sosial problemlərinin öyrənilməsi istiqamətində tədbirlər həyata keçiriləcəyini və qeyd edilən ərazilərdə vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilməsi istiqamətində sorğuların keçiriləcəyini qeyd edib. Çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov İsmayılli vətəndaşlarının sosial sahədə mövcud problemlərindən və bu istiqamətdə həll yollarından söhbət açıb.

Tədbir müddətində sorğu keçirilib, iştirakçıların sosial sahədə problemləri qeydə alınıb.

Qeyd edək ki, layihənin məqsədi vətəndaşların sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.