FotoQHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

“Dayaq” Sosial Maarifləndirmə İB-i Ağsu tədbir keçirib

Aprel ayının 20-si “Dayaq” Sosial MaarifləndirməİB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Ağsu rayonunda tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial MaarifləndirməİB-inin sədri Hicran Əliməmmədova, layihənin hüquqşünası Aysel Əliməmmədova, İB-nin Ağsu rayon nümayəndəsi Gülmirə Nağıyeva, Ağsu rayon İcra Hakimiyyətinin təmsilçiləri, bir sıra yerli qurumların nümayəndələri və vətəndaşlar iştirak edib. İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Sözügedən layihə çərçivəsində  Bakı şəhərinin Yasamal və Səbail rayonları eləcə də İsmayıllı rayonunda vətəndaşların sosial problemlərinin öyrənilməsi istiqamətində tədbirlər həyata keçirildiyini və qeyd edilən ərazilərdə vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilməsi istiqamətində sorğuların keçirildiyini qeyd edib. Çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov İsmayılli vətəndaşlarının sosial sahədə mövcud problemlərindən və bu istiqamətdə həll yollarından söhbət açıb.

Tədbir müddətində sorğu keçirilib, iştirakçıların sosial sahədə problemləri qeydə alınıb.

Qeyd edək ki, layihənin məqsədi vətəndaşların sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.