“Dayaq” Sosial Maarifləndirmə İB-i Səbail rayonunda tədbir keçirib
Aprel ayının 18-i “Dayaq” Sosial MaarifləndirməİB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Mədəniyyət Evində tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial MaarifləndirməİB-inin sədri Hicran Əliməmmədova, layihənin hüquqşünası Aysel Əliməmmədova, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, Badamdar qəsəbə Mədəniyyət Evinin direktoru Fərid Əliyev, bir sıra yerli qurumların nümayəndələri və vətəndaşlar iştirak edib. İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Sözügedən layihə çərçivəsində Bakı şəhərinin Yasamal və Səbail rayonları eləcə də Ağsu və İsmayıllı rayonunda vətəndaşların sosial problemlərinin öyrənilməsi istiqamətində tədbirlər həyata keçiriləcəyini və qeyd edilən ərazilərdə vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilməsi istiqamətində sorğuların keçirildiyini qeyd edib. Tədbir gedişatında vətəndaşlarının sosial sahədə mövcud problemlərindən və bu istiqamətdə həll yollarından söhbət açılıb.
Tədbir müddətində sorğu keçirilib, iştirakçıların sosial sahədə problemləri qeydə alınıb.
Qeyd edək ki, layihənin məqsədi vətəndaşların sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.