“Dayaq” Sosial Maarifləndirmə İB-i bir sıra yerlərdə sosial sorğular keçirib
“Dayaq” Sosial MaarifləndirməİB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində bir sıra yerlərdə vətəndaşlar arasında social sorğular həyata keçirib. Layihənin məqsədinə uyğun olaraq vətəndaşların sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması istiqamətində Bakı şəhəri Yasamal və Səbail, eləcə də İsmayıllı, Ağsu regionlarında vətəndaşlar arasında sorğular edilib. Sorğular zamanı vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilib, eləcə də problemlərin həlli istiqamətində müsbət addımlar atılaraq həllinə nail olunub. Vətəndaşlar problemlərinin həllinə düzgün istiqamətləndirilib.