“Dayaq” Sosial Maarifləndirmə İB-i daha bir layihənin icrasını yekunlaşdırıb
“Dayaq” Sosial MaarifləndirməİB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrasını yekunlaşdırıb. “Dayaq” Sosial MaarifləndirməİB-inin sədri, eyni zamanda layihə rəhbəri Hicran Əliməmmədova bildirib ki, həyata keçirdikləri layihənin nəticələri olaraq Ağsu, İsmayıllı, Bakı şəhəri Yasamal və Səbail rayonlarında vətəndaşların social problemləri öyrənilib, problemlərin həlli istiqamətində vətəndaşlar düzgün şəkildə müxtəlif dövlət qurumlarına yönləndirilib və problemlərinin həllinə çalışılıb. Sözügüdən ərazilərdə vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilməsi üçün sorğular keçirilib, layihənin icrası və görüləcək fəaliyyətlərlə bağlı daha da geniş insan kütləsinin məlumatlanması üçün tədbirlərin həyata keçirildiyi regionlarda yaşayan vətəndaşlara maarifləndirici bukletlər paylanılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayaq” Sosial MaarifləndirməİB-i tərəfindən həyata keçiriləcək “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrası 3 ay müddətində Bakı şəhərinin Yasamal və Səbail rayonları, Ağsu və İsmayıllı rayonlarında həyata keçirilib.