Məzahir Süleymanzadə vəfat etdi
Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında ikən vəfat edib.
Bu barədə “Report”a mərhumun qardaşı, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib.
M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, “Neftçi” və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.