“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Şirvan
şəhərində tədbir keçirib
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i aprel ayının 13-
sində “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı layihə çərçivəsində
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində maarifləndirmə tədbiri keçirib.
Tədbirdə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri
eyni zamanda sözgedən layihənin rəhbəri Mehriban Abdullayeva, layihənin
hüquqşünası, psixoloqu və layihə üzrə ekspert, Şirvan şəhər İcra Hakimiyyətinin
əməkdaşıAdəm Hüseynov, müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Mehriban Abdullayeva ilk öncə gələn
qonaqları və tədbir iştirakçılarını salamlayıb. Daha sonra vətən uğrunda canından
keçmiş qəhrəman vətən oğullarının-şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla anılıb.
Layihənin rəhbəri çıxış edərək qeyd edib ki, həyata keçirdikləri “İnsan alverinə birgə
yox deyək! adlı tədbirlərin təşkili adlı layihəsinin məqsədi dövlətin yeritdiyi siyasətə,
gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan
alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
Tədbir zamanı iştirakçılar ilə İnsan alverinin qarşısının alınması məqsədi ilə
maarifləndirmə və təbliğat işi təşkil edilib, insan alverinə qarşı həyata keçirilən
inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə maarifləndirilib, onlara insan alveri
qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri haqqında məlumat
verilib. Tədbir zamanı gənclərə layihə çərçivəsində hazırlanıb çap olunmuş
maarifləndirici bukletlər və dəftərxana ləvazimatları paylanılıb. Tədbir gedişatında
gənclərlə problemin həlli istiqamətində hüquqi və psixoloji söhbətlər aparılıb, verilən
suallar cavablandırılıb. Sonda gənclərlə xatirə fotoları çəkilib.
Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının
Müdafiəsi” İB-i “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı
layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.