QHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i daha bir layihənin icrasını yekunlaşdırıb

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i daha bir layihənin icrasını yekunlaşdırıb.

Bu gün “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alverinə birgə yox deyək” adlı tədbirlərin təşkili adlı layihəsinin yekun hesabat tədbirini həyata keçirib. Tədbirdə bir sıra dövlət qurumu nümayəndələri, QHT və media təmsilçiləri iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Mehriban Abdullayeva layihə haqqında məlumat verərək 3 ay müddətində həyata keçirilmiş fəaliyyətlərdən, layihədə qaldırılmış problemin həlli istiqamətində İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barəsində Quba, Qusar, Xaçmaz və Şirvanda gənclərlə baş tutmuş məlumatlandırıcı və maarifləndirici görüşlərdən danışıb.

Tədbir gedişatında layihənin nəticələrinə dair müzakirələr aparılıb.Sonda xatirə fotoları çəkilib.