Ermənistanda yeni prezident seçilib
Ermənistanda parlament bu gün ölkənin yeni prezidentini seçib. Aktor.Az xəbər verir ki, hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.
A.Sarkisyan yeganə namizəd olub. O, Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsini tuturdu.
Ermənistanın dördüncü prezidenti səlahiyyətlərinin icrasına aprelin 9-da başlayacaq.
Xatırladaq ki, 2015-ci ildə Konstitusiyada aparılmış son islahatlara əsasən, ilk dəfə bu ölkədə prezidenti parlament üzvləri seçiblər.