GündəmİqtisadiyyatManşetSiyasətXəbər xətti

Sabiq deputatın zərərçəkmişə 300 min borcu qalıbmış

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəməyə gəlməkdən yayınan zərərçəkmiş Təranə Fətəliyeva bildirib ki, mərhum deputat Rafael Cəbrayılov ilə qohum olduqları üçün ona borc verib:

“Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsən yaxşı olar. Bütün qohumlar da yığılıb kömək etdik. Hazırda mənə 300 min manat borcu qalıb.”

Vəkilin suallarını cavablandıran zərərçəkmiş bildirib ki, R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdan 100 min manata ev alıb.

Vəkillərin şahidə veriləsi əlavə suallarının olduğu üçün şahid növbəti iclasda ifadəsini davam etdirəcək.

Proses mayın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R.Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.