Bakıda ən çox işsiz olan rayonlar açıqlandı
Bu ilin yanvar ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 18 856 nəfər olub.Oxu.Az xəbər verir ki, işsizliyə görə müavinət alan 3404 nəfərə hesablanmış orta aylıq məbləğ 385,54 manat olub.
Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7133 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat yanvar ayının axırına şəhər üzrə cəmi 3683 nəfərdir, onlardan 2830 nəfəri fəhlələrdir.
Qeyd edək ki, ən çox işsiz Xətai rayonunda qeydə alınıb – 3 514 nəfər. İkinci sırada Yasamal (2 770), üçüncü sırada Nəsimi (2 482) yer alıb.