QHT-nin narkomaniya ilə bağlı tədbirləri davam edir – FOTOLAR
Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Xırdalan şəhər 2 saylı orta məktəbdə növbəti tədbirini keçirib.
Tədbirdə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə vətəndaşların,xüsusilə də gənc nəslin sağlamlığının qorunması sahəsində dövlət rəhbərliyinin qayğısından və bu istiqamətdə aparılan islahatlardan danışdı,həmçinin narkomaniyaya qarşı 2019-2024- cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində müvafiq dövlət qurumları və ictimai təşkilatlar tərəfindən atılan addımlar barədə iştirakçıları məlumatlandırdı.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Vasif Quliyev, təmsil etdiyi qurum tərəfindən görülən işlər,narkotik və psixotrop maddələrin insan sağlığı və cəmiyyət üçün fəsadları barədə müəllim və şagirdlərə ətraflı məlumatlar verdi və tədbir iştirakçılarının suallarını cavablandırdı. Abşeron rayon təhsil idarəsinin metodist-psixoloqu İstək Bəxtiyarova, Xırdalan şəhər 2 saylı məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən direktor müavini Nərgiz İsmayılova və digər iştirakçılar, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinin və mübarizənin daha da artırılmasının tərəfdarı olduqlarını bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan dövlət qurumlarına və təşkilatçılara minnətdarlıq etdilər.