“QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşləri keçirib.Layihə çərçivəsində “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Fred Asif Fondu, “İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyi, “İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi” ictimai birliyi, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ictimai birliyi və eləcə də Şəki şəhərində fəaliyyət göstərən “Balans” iqtisadi maarifləndirmə ictimai birliyinin ofisləri ziyarət edilib.“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.Vüsal Quliyev “QHT Ziyarətləri”nin davam edəcəyini və bu layihə çərçivəsində QHT-lərin fəaliyyəti ilə daha yaxından tanış olunacağını bildirib.Aygün Əliyeva QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib. Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin Agentliyin diqqət mərkəzində olacağını qeyd edib.Görüşlər zamanı QHT sədrləri Şamil Ələkbərli, Ədalət Məhərrəmov, Xəyyam Əsgərov, Samir Adıgözəlov, Səkinə Babayeva və Möhübbəli Nağıyev öz fəaliyyətləri haqqında geniş məlumat veriblər.