GündəmManşetQHT AgentliyiSiyasətVətəndaş cəmiyyətiXəbər xətti

QHT-lər Şuşaya səfər edəcək

Növbəti səfərin may ayının ilk həftəsində Şuşa şəhərinə təşkil olunması planlaşdırılır.Bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva SİA.az-a açıqlamasında bildirib.
“Biz Agentlik olaraq qısa müddət ərzində işğaldan azad olunan Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Suqovuşan, Talış, Xudafərin və Ermənistanın terror aktı, müharibə cinayəti törətdiyi Gəncə, Şuşa şəhərlərinə dəfələrlə QHT-lərin səfərlərini təşkil etmişik. Bu səfərlərdə 1000 dən QHT nümayəndələri iştirak ediblər. Növbəti səfərin may ayının ilk həftəsində Şuşa şəhərinə təşkil olunması planlaşdırılır. Bizim bu səfərlərin təşkilində əsas məqsədimiz Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiyi vandallaqları, vəhşilikləri vətəndaş cəmiyyətinin üzvlərinin öz gözləri ilə görməsi, bu cinayətlər haqqında yerində məlumatlanması idi. Bu səfərlər öz nəticəsini verir. Belə ki, QHT-lər bu məsələlərlə bağlı bəyanatlar verirlər, beynəlxalq təşkilatlarda təmsilçilik hüququna malik olan QHT-lərin bu vandallığı beynəlxalq ictimaiyyətə çatdırmasını təşkil edirlər, yerli və beynəlxalq KİV-lərdə silsilə yazılar dərc olunur.”