Bakıda kişi və qardaşı oğlu bıçaqlandı
Bakıda kişi və qardaşı oğlu bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Demokrat.az-a bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilərək saxlanılıb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.