8 türk hərbçisi şəhid oldu
Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində 8 türk hərbçisi həlak olub.Türkiyə mediasının məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Əməliyyat çərçivəsində 8 hərbçi həlak olub, 13 hərbçi isə yaralanıb”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.