Qarabağa və işğaldan azad edilmiş torpaqlara qayıdacaq insanların məşğulluq məsələləri müzakirə edilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Qarabağda görüşək” adlı layihənin təlimləri uğurla keçirilir. Layihə Qarabağa və işğaldan azad edilmiş digər rayonlara qayıdacaq gənclərin peşə təhsilinə cəlb edilməsinin əhəmiyyətini hədəf kimi müəyyən edib. İctimai Birlikdən bildirilib ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, peşə təhsili üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, özəl sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.
Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin sədri Cavidan Ağazadə bildirib ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalaması ölkəmizin həyatında baş verən tarixi hadisələrdən biri oldu.
Tariximizdə, mədəniyyətimizdə xüsusi yeri olan Şuşada və azad edilmiş digər yerlərdə 2022-ci ildə yeni infrastrukturun qurulması, vətəndaşlarımızın azad ounmuş əraqzilərə geri dönüşünü təmin etmək üçün işlər sürətlə davam etdirilir. O, qeyd edib ki, cənab Prezident İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına” çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Davamlı inkişaf strategiyası ölkənin bu gününə, gələcəyinə və dünyanın qorunmasına istiqamətlənməlidir. Qeyd edib ki, məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartlarının, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsidır. Vətəndaş cəmiyyəti olaraq bizdə prosesin nəticə yönümlü olmasına çalışmalıyıq. Qarabağın dirçəlişi hər birimizin əsas fəaliyyət sahəmiz olmalıdır.
Təlimlərdə çıxış edənlər insan inkişafı baxımından peşə seçiminin təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə ali və peşə təhsili üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında peşə təhsilinin konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.
Təlimlərdə təhsilin idarəedilməsi üzrə ekspert dosent Yusif Ağayev, politoloq Zaur Məmmədov, hüquqşünas professor İsaxan Vəliyev, insan inkişafı üzrə mütəxəssis Elnur Əliyev, Anar Şükürov, peşə təhsili üzrə mütəxəssis Əliyar Musayev, Zərif Qazi, informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Sərxanbəy Xudiyev, AGRO Konsultasiya Mərkəzinin icraçı direktoru Rayaxanım Ağazadə və digərləri çıxış ediblər.
Təlimlər qarşılıqlı fikir mübadiləsi ilə keçib. Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.