Narkotiklərə qarşı maarifləndirmə
2 Saylı Bakı Baza Tibb Kollecində narkotiklərə qarşı maarifləndirmə tədbiri keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi, “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində 3-cü tədbirini Bakı şəhərindəki 2 saylı Bakı Baza Tibb Kollecində keçirib.
Layihə rəhbəri Vidadi Fətullayev, narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə aparılan mübarizə və maarifləndirmə işlərində, dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd edib. Dövlətimizin ölkə vətəndaşlarının sağlamlığı sahəsində həyata keçirdiyi islahatlardan və Azərbaycan səhiyyəsində çalışanların pandemiya ilə mübarizədəki fədakar əməyindən bəhs edən QHT sədri, cəmiyyətimizin narkomaniya bəlasına qarşı da eyni qətiyyəti göstərəcəyinə inandıqlarını vurğulayıb.
2 gün davam edən tədbirin ilk günündə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında məlumat verib, həmçinin slaydlardan istifadə edərək, geniş təlim proqramı ilə çıxış edib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Ölkə rəhbərliyinə, gənclərə göstərdikləri qayğı və etimada görə minnətdarlıqlarını ifadə edən tədbir iştirakçıları, tədbirin təşkilində göstərdikləri dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, Dövlət Komissiyasının (NMDK) İşçi Qrupu, Səhiyyə Nazirliyi,Yasamal rayon İcra Hakimiyyəti və Kollec rəhbərliklərinə təşəkkür ediblər.
Vidadi Fətullayev
“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri