Yunus Oğuzun yeni kitabı çapdan çıxdı- FOTO

“Hökümət o zaman özünə potensial üsyançılar hazırlayır ki,cəmiyyətdə xurafatlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir, dövlətçilik anlayışı isə məmur və ictimai status anlayışı ilə eyniləşdirilir”  Olaylar.az xəbər verir ki, yazıçı-publisist Yunus Oğuzun yeni  çapdan  çıxan  “Keçmişdən gələcəyə  nə  daşıyırıq- Tarix İbrətdir” adlı yeni kitabı bu  epiqrafla  başlayır.. Kitabda müstəqillik uğrunda mübarizə illərindən   günümüzə qədər olan  proseslər oxucunun diqqətinə çatdırılır.