Bakıda “KamaAZ” azyaşlının ayağının üzərindən keçdi
Bakıda Binə qəsəbəsində “KamaAZ” markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə. H-nın sağ ayağının üzərindən keçib.Ağır xəsarət alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.Hadisənin təfərrüatı araşdırılır.