Azərbaycan üçün yeni Fəaliyyət Planının istiqamətləri açıqlandı
Avropa Şurasının Azərbaycan üçün yeni fəaliyyət planı sadəcə əvvəlki istiqamətlərin davamı deyil.
Bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının təqdimat mərasimi zamanı deyib.
O qeyd edib ki, bu, sayca 3-cü fəaliyyət proqramıdır.
“Qanunun aliliyi sahəsində çox böyük irəliləyiş əldə olunub. Bu çox vacib bir nüansdır. Bu istiqamətlərdə müsbət addımlar atılıb, lakin yenə də çağırışlar davam etməlidir. Yeni fəaliyyət planı sadəcə əvvəlki istiqamətlərin davamı deyil. Buraya süni intellekt, iqlim dəyişikliyi ilə bağlı istiqamətlər də daxil edilib”, – deyə o əlavə edib.