GündəmManşetSosialVideo xəbərXəbər xətti

PANİK ATAKDA EMDR TERAPİYA

Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” maarifləndirici, psixoloji verilişin ötən buraxılışda qonağı psixoloq-psixoterapevt Nərgiz Hüseynova olub.

O, verilişdə “Panik atakda EMDR terapiya” haqqında danışıb. Psixoloji məsləhətlər verərək maraqlı məqamlara toxunub.

Verilişin növbəti buraxılışı 2 aprel saat 21:00-da qonaq Təlimçi, Kouç, NLP-Master Dr.Nəcəf Allahverdiyevin iştirakı ilə olacaq. O, verilişdə “Tənqid” mövzusu haqqında məlumat verəcək.

Xatırladaq ki, “Bizimlə Məsləhət” verilişi hər həftənin şənbə günü saat 21:00-da SUM TV-də yayımlanır. Psixoloji cəhətdən əziyyət çəkən insanlara maarifləndirici, psixoloji məsləhətlər verən bu maraqlı verilişin informasiya dəstəyi Aktor.az, Bakıvaxtı.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.
Verilişin Baş Sponsoru Menar Əhmədli Uşaq İnkişaf Mərkəzi, Sponsoru Miki balıdır.

Qeyd edək ki, verilişin müəllif və aparıcısı Teymur Bayramov, quruluşçu rejissoru və operatoru Sərvər Kamranlı, prodüserləri Xanlar Ağayev, Məhəmməd İsgəndərov, montajçısı Tima, redaktoru Teymur Həbibidir.