MədəniyyətVətəndaş cəmiyyətiXəbər xətti

Fond Suraxanıda qazilərə psixoloji yardım göstərib

Novruz bayaramı günlərində Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə Bakının Suraxanı rayonunda bir qrup qazi ilə  görüş keçirilib. 
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin saytımıza verdiyi məlumata görə, qazilərlə görüş bayram süfrəsi ətrafında olub: “Görüşümüz  gözəl ovqatda keçdi.  Qazilərlə tanış olduq, söhbət etdik. Onlar həyat hekayələri,  döyüş yolları, hazırkı durumları barədə danışdılar. Görüşümüz zamanı , həmçinin müəllifi olduğum “Qanımızın səsi” kitabının materialları ətrafında da müzakirə açdıq.  Qazilərimiz daşıyıcısı olduğumuz qan qruplarının  bizim həyatımız və  qərarlarımızdan tutmuş sağlamlığımıza, insanlarla münasibətimizə,  xarakterimizə nə qədər təsir etməsi barədə məluamtları böyük maraqla dinlədilər”. 
Xatırladaq ki, “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində qazilərlə  psixoloqların söhbətləri “Xarıbülbül” Psixologiya Mərkəzinin ofisində keçirilməsi nəzərdə tutulubmuş. Lakin  Suraxanı ərazisindən bu  layihədə  iştirak etmək üçün müraciət edən  qazilərin sayının çoxluğunu və  həmin mərkəzə qədər  məsafənin onlar üçün uzaqlığını nəzərə alıb, layihə çəçirvəsində əlavə olaraq  bu ərazidə də  xidmət göstərilməsinə qərar verilir.  
Qeyd edək ki, bu görüşlər Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin  sosial adaptasiyasına  yardım etməkdir. 3 aylıq layihə çərçivəsində qazilərlə yanaşı, onların ailə üzvlərinə də psixoloji yardımlar göstərilir.