Kommunal sahədə korrupsiyanın səbəbləri araşdırılır – Layihə
“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi” layihəsini uğurla davam etdirir.
Fevralın 1-dən start götürən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə Siyəzən və Şabran rayonlarını əhatə edir. Layihə hazırda sorğuların keçirilməsi və dəyərləndirilməsi mərhələsindədir. Qeyd olunan rayon sakinləri arasında keçirilən sorğulara görə ilkin təssürat belədir ki, kommunal sahədə problemlər olduqda çox az hallarda müvafiq strukturlara müraciət edilir. Həmçinin obonentlərin özlərinin və qarşı tərəfin hüquqları barədə məlumatları çox azdır. Bu sahədə maarifləndirmə demək olar ki, olmayıb. Hətta onlarla bağlanan müqavilənin şərtlərini belə çoxu oxumdana qol çəkib.
Müqavilələrin bəzilərində müvafiq qurumun əməkdaşlarnın səhlənkarlığı və ya etinasızlığı səbəbindən vətəndaşın adı düz yazılmayıb, vətəndaş bu kiçik problemin zamanla ona hansı böyük problemlər yaradacağı haqqında informasiyaya və bilgiyə malik olmamağının əziyyətini çox çəkib. Əksəriyyəti vaxtında bu barədə maarifləndirilsəydilər problemi vaxtında həll edəcəklərni söyləyirdilər. Başqa bir problem isə kommunal sahədə hazırlanan müqavilələrin vətəndaşın başa düşəcəyi formada yazılmaması və ən əsasıda olduqca kiçik şriftlə yazılmasıdır. Bu üzdən müqavilə bağlayan vətəndaş çox zaman oxumadan ona qol çəkir.Bu zaman müqavilənin oxunmasının vacibliyini kommunal sahənin əməkdaşları vətəndaşa izah etmir. Bu da gələcəkdə yaranacaq ciddi problemlərin təməlini qoyur.
Vətəndaşlar həmçinin hər bir kommunal sahənin bir yerdən idarə olunması səbəbini də problemlərin vaxtında və vətəndaşların xeyrinə həll olunmasına əngəl olduğu fikrindədilər. Belə ki, qaz, su, işıqla bağlı şərtlərin hazırlanmasında heç bir vətəndaş iştirakçılığı təmin olunmur, yalnız dövlət qurumunun şərtləri əsasında hazırlandığı söylənilir. Bundan başqa idarəetmənin və nəzarətin bir qurumun əlində cəmlənməsi vətəndaşlar üçün ciddi problemlər yaradır ki,belə hallar korrupsiyaya yol açılmasına şərait yaradır. Kommunal sahədə fəaliyyət göstərən qurumların alternativlərinin olmaması da vətəndaşlar üçün problemlər yaradan amildir. Bu korrupsiya üçün ciddi mənbə rolu oynayır. Vətəndaş cəmiyyətinin bu qurumlara yetərincə nəzarət etmək imkanı olmadığından rahatlıqla korrpusiya və digər hallarla məşğul ola bilirlər.
Kommunal sahənin bəzi əməkdaşlarnın vətəndaşlarla işləmək səviyyəsinin aşağı olması da əsas problemlərdən biridir. Bu üzdən vaxtaşırı vətəndaşla kommunal xidmət işçisi arasında ciddi mübahisələr yaranır.
Bütün yuxarda sadalanan problemlərə baxmayaraq, vətəndaşların bu məsələlərə laqeyid yanaşması, inamsızlığı deməyə əsas verir ki, bu sahədə ciddi maarifləndirməyə ehtiyac var. Vətəndaş kommunal sahədə üzləşəcəyi problemləri vaxtında başa düşsə əminik ki, daha məsuliyyətli olacaq. Həm özünün həm də qarşı tərəfin düzgün işləməsinə tələbkarcasına yanaşacaq. Bu üzdən respublika üzrə kommunal sektora daxil olan qurumların işçiləri arasında ciddi maarifləndirməyə ehtiyac var. İşçi vətəndaş münasibətləri yenidən qurulmalı və ictimai nəzarətin artırılması təmin edilməlidir.
Sorğunu həyata keçirərkən vətəndaşların çəkingənliyi, sualara inamsız cavab vermələri də sorğuçularmızın diqqətindən yayınmayıb. Bu da bu sahələrdə görüləçək işlərin daha çox olmasını göstərir.
İctimai Birlik olaraq bu sahədə fəaliyyətmizi davam etdirməyi düşünürük. Qarşıda yerli kommunal işçilər və aktiv vətəndaşlarla Dəyirmi Masalarmız olacaq. Kommunal xidmətlərin səviyyəsi, problemlər və çıxış yolları müzakirə olunacaq.
Müəllif: Teleqraf.com