Xəbər xətti

24 nəfər qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərİ davam etdirilir. 

 

DMX-dən Aktor.Az-a verilən məlumata görə, qurumun qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 16 nəfər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi saxlanılıb.

 

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

 

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

 

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.