QHT Estoniyada erməni vandalizminə aid foto-sərgi keçirəcək
“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsi çərçivəsində Estoniya Respublikasının Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 01.04.2022-ci il tarixində “Erməni vandalizmi: işğaldan öncə və sonra fotolarda” adlı foto-sərgi keçiriləcəkdir. Foto-Sərgidə Qarabağ Dirçəliş Fondunun hazırladığı və erməni vandalizmini özündə ehtiva edən fotoların sərgilənməsi nəzərdə tutulur. Tədbirə Estoniya rəsmiləri, Estoniya ictimaiyyəti, yerli və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, həmçinin Estoniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar dəvət olunancaqdır.