TƏKƏBBÜR VƏ ONUN PSİXOLOGİYASI – VİDEO
Aktor.az xəbər verir ki, Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” maarifləndirici, psixoloji verilişin ötən buraxılışda qonağı psixoloq Mikayıl Əliyev olub.
O, verilişdə “Təkəbbür və onun psixologiyası” haqqında danışıb. Psixoloji məsləhətlər verərək maraqlı məqamlara toxunub.
Verilişin növbəti buraxılışı 19 mart saat 21:00-da qonaq psixoloq-psixoterapevt Nərgiz Hüseynovanın iştirakı ilə olacaq. O, verilişdə “ Aşağı özgüvən və onun artırılması” mövzusu haqqında məlumat verəcək.
Xatırladaq ki, “Bizimlə Məsləhət” verilişi hər həftənin şənbə günü saat 21:00-da SUM TV-də yayımlanır. Psixoloji cəhətdən əziyyət çəkən insanlara maarifləndirici, psixoloji məsləhətlər verən bu maraqlı verilişin informasiya dəstəyi Aktor.az, Bakıvaxtı.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.
Verilişin Baş Sponsoru Menar Əhmədli Uşaq İnkişaf Mərkəzi, Sponsoru Miki balıdır.
Qeyd edək ki, verilişin müəllif və aparıcısı Teymur Bayramov, quruluşçu rejissoru və operatoru Sərvər Kamranlı, prodüserləri Xanlar Ağayev, Məhəmməd İsgəndərov, montajçısı Tima, redaktoru Teymur Həbibidir.