Nazirlərin görüşü başa çatdı
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb.
“Report”un görüşü izləyən əməkdaşı xəbər verir ki, müzakirələr bir saat davam edib.
Bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.
***12:33
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
“Report”un görüşü izləyən əməkdaşı xəbər verir ki, danışıqlar Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində keçirilir.
Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək.