GündəmManşetSiyasətXəbər xətti

“Sülməramlı” təxribatçı

General-mayor Andrey Volkovun qaranlıq keçmişi onun Azərbaycan ərazisindəki Rusiya sülhməramlılarına rəhbərlik etməsinə imkan vermir

General-mayor Andrey Volkovun Azərbaycan ərazilərində müvəqqəti müşahidə missiyasını həyata keçirən Rusiya sülhməramlılarının rəhbərliyinə qayıdışından sonra, separatçı-terrorçularının təxribatçı əməllərinin dairəsi getdikcə genişlənməyə başladı. Oxuculara aydın olsun deyə qeyd edim ki, Volkov daha öncə sülhməramlıların komandanının müavini vəzifəsini icra edirdi və elə bu vəzifədə olduğu zamandan etibarən də qanunsuz hərbi birləşmələrin muzdlu himayədarlığı ilə, missiyasından daha çox qaranlıq keçmişindən qaynaqlanan təhrikçi əməllərini, qanunsuz biznes fəaliyyətini həyata keçirməklə məşğul olurdu… Qeyd edim ki, Andrey Volkovun keçmişinə, hətta 5 il öncəki missiyasının görünən tərəflərinə nəzər salanda belə, onun sühməramlıların komandanı vəzifəsinə təyinatı təəccüb doğurur. Çünki general-mayor Volkovun Suriyada, Türkiyə ilə həmsərhəd bölgədə yerləşən Əfrindəki fəaliyyəti onun Azərbaycan ərazilərində nəinki sülhməramlı missiyanın rəhbəri olmasına, hətta sıradanbir zabit kimi xidmət keçməsinə belə imkan vermirdi. Yəni Volkovun təyinatının özü belə Azərbaycan ərazilərindəki qanunsuz hərbi dəstələrin, separatçı-terrorçuların qorunmasına xidmət edən təxribatdır. Daha aydın olsun deyə detallara diqqət yetirək: Andrey Volkov 2017-ci ildə Suriyada, Əfrində Rusiyanın hərbi bazasının və təlim mərkəzinin yaradılmasında iştirak edib. Bu təlim mərkəzində isə, əsasən YPG/PYD/PKK terrorçuları təlim keçiblər. Həmin dövrdə Volkovun rəhbərlik etdiyi hərbi kontingentin fəaliyyəti ilə bağlı Türkiyə mediasında konkret şəxsin adı çəkilmədən çoxsaylı materiallar yer alıb. Rusiya tərəfi Volkovun və dəstəsinin terorçulara təlim keçdiklərini təkzib etsə də, təlim bazasının üzərində Rusiya bayrağı ilə yanaşı terrorçuların əski parçasının da dalğalanması, həmçinin rus əsgərlərinin YPG/PYD/PKK terrorçularının bayrağını daşıdıqlarını əks etdirən fotoşəkillər bunun əksini deyir. Volkovun Əfrində “fəaliyyət göstərdiyi” zaman çərçivəsində terorçuların Tvitter və digər sosial şəbəkələrdə paylaşdıqları materiallar “sülhməramlı” general-mayorun gerçək missiyasının nədən ibarət olduğunu ortaya qoyur. Suriyada Türkiyənin maraqlarına qarşı təxribatların önündə dayanan bir şəxsin “Şuşa bəyannaməsi”nin imzalanmasından 6 ay sonra Rusiyanın “sülhməramlı missiyası”nın başına gətirilməsi, qənaətimə görə təsadüfi deyil və ola bilsin ki, bölgədə Azərbaycan, Türkiyə və Rusiyanın iştirakı ilə yarana biləcək yeni əməkdaşlıq formatları kimlərisə narahat edib və bu səbəbdən də Volkovun Əfrindəki fəaliyyətinin Azərbaycan ərazilərində davam etdirilməsinə ehtiyac duyublar. Amma görünür bu təxribatçı planın ideya müəllifləri və icraçıları 2018-ci ilin yanvarında başlayan “Zeytun budağı” əməliyyatının bütün bu təxribatlara necə son qoyduğunu yaddam çıxarıblar… Separatçı-terrorçuların davamlı təxribatlarının göz görə-görə himayə olunması Azərbaycan üçün antiterror əməliyyatı keçirməkdən başqa yol qoymur. Adını “Tut budağı” da qoymaq olar – həm separatçılara yaxşı tanışdır, həm də çox işə yarayır…

Elçin Mirzəbəyl

“Sülməramlı” təxribatçı
“Sülməramlı” təxribatçı
“Sülməramlı” təxribatçı
“Sülməramlı” təxribatçı
“Sülməramlı” təxribatçı
“Sülməramlı” təxribatçı

 9 Mart 2022 17:58  1 008