Aktor TvFəxriyyə MəmmədovaGündəmManşetSağlıqSosialVideo xəbərXəbər xətti

Qısqanclıq təbii duyğudur, yoxsa xəstəlik? – Fəxriyyə Məmmədova/VİDEO

Qısqanclıq bir çox insanın həyatına təsir edən narahat edici duyğulardan biridir. Qısqanclıq, itirilmək istənməyən bir adamın ya da bir əlaqənin itiriləcəyi ya da təhdid altında olduğu qorxusuyla yaşanan  bir ruhi haldır. Qısqanclıqla birlikdə çox vaxt hirs, dəyərsizlik, bədbəxtlik, təklik və çarəsizlik kimi duyğular da yaşanar. Bu duyğulara dəyərsizlik və özünə inamsızlıq ilə əlaqədar düşüncələr yoldaşlıq edər.

Qadın və kişilərin yaşadıqları qısqanclıq duyğuları ilə baş etmə üsulları  fərqlidir. Qadınlar nisbilik daha quruluşçu bir yanaşma göstərməklə birlikdə ümumiyyətlə öz haqq və istəklərindən imtina edən və altdan alan bir yanaşma göstərməkdədirlər. Kişilər isə ümumiyyətlə təhdid edərək ya da kobud qüvvət istifadə edərək nəticə əldə etməyə çalışmaqdadırlar.

Mövzu ilə bağlı Aktor.Az-ın suallarını tanınmış psixonevroloq Fəxriyyə Məmmədova cavablandırır:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542