FotoXəbər xətti

 Müvəkkil Hüquq Mərkəzi Siyəzəndə şəhid ailələrinə və veteranlara hüquqi yardım göstərib – FOTO

Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Siyəzən rayonu Mədəniyyət Mərkəzində hüquqi – maarifləndirici tədbir keçirib

Tədbirdə salamlama nitqi ilə çıxış edən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına yönəlik siyasətinin əsas qayəsini şəhid adlarının əbədiləşdirilməsi, qazilərimizin sağlamlığının təmin edilməsi, bu həssas qrupa aid olan şəxslərin sosial rifahının yaxşılaşdırılması təşkil edir: “Vətəndaş cəmiyyəti institutlarının bu sosial qruplara yönəlik layihələrini alqışlayıram. Hesab edirəm ki bu layihələr davamlı olmalı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu sahəni daimi diqqətdə saxlamalıdır”

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihənin koordinatoru Səməd Vəkilov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həya keçirilir.

“Dövlət tərəfindən bu fəaliyyətlərin dəstəklənməsi həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşmasına əlavə töhfədir. Çünki bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallşadıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsəllərdə Müvəkkil Hüquq Mərkəzi layihə benefisarlarına dəstək olmağa hazırdır. 

Təşkilat sədri eyni zamanda qeyd edib ki, problemlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericiliklə nəzərdə tutulan hüquqlar haqqında az məlumatlı olmasıdır. Bu məqsədlə layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqları ilə bağlı 3 maarifləndirici veriliş və buklet hazırlanıb.

 Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan hüquqları barəsində geniş məlumat verib.

 Tədbir sual -cavab və Müvəkkil Hüquq Mərkəzinin hüquqşünaslarının tərəfindən hüquqi yardımın gösətrilməsi ilə davam edib.