Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verib.
“Report”un bölgə müxbirinin məlumatına görə, yeraltı təkan ölkənin şimal-qərb bölgəsini əhatə edib.
Belə ki, zəlzələ bu gün saat təqribən 14.30 radələrində Balakən, Zaqatala və Qax rayonlarında qeydə alınıb.
Yerli sakinlərin verdiyi məlumata görə, yeraltı təkan təqribən 3-4 bal gücündə hiss olunub.