Bosniya və Herseqovinanın QHT nümayəndələri QHT Agentliyində – FOTOLAR
Bosniya və Herseqovinanın QHT nümayəndələri Agentlikdə olublarAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Azərbaycanda səfərdədirlər.
Bu gün Srebrenitsa Analar Cəmiyyətinin nümayəndələri Agentlikdə olublar.Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Zaur İbrahimli, İcraçı direktorun müavini Emil Çaparlı, Beynəlxalq əlaqələr üzrə məsləhətçi Toğrul Məmmədli və Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.İcraçı direktor Aygün Əliyeva qonaqları salamlayaraq Ermənistanın Xocalıda törətmiş olduğu soyqırım hadisəsinin 30 illiyi ərəfəsində baş tutan görüşün əhəmiyyətinı qeyd edib. A. Əliyeva qonaqlara 7000-dən çox sakini olan Xocalı şəhərinin yerlə-yeksan edilməsi, erməni separatçıların dinc əhaliyə qarşı ən amansız üsüllardan istifadə edərək qətliamlar törətmələri barədə məlumat verib. Bildirilib ki, Xocalı soyqırımında şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalmış, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 130 uşaq hər iki valideynini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür. İçraçı direktor Xocalıya ədalətin tezlikə əldə olunması üçün Srebrenitsa və Xocalı QHT-lərinin birgə fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Srebrenitsa faciəsinin şahidi və qurbanı, Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic çıxış edəcərk Agenyliyə onları Azərbaycana səfər dəvət etdiklərinə görə minnətdarlığını bildirib. Xocalı faciəsinin 30 illiyi ərəfəsində belə bir səfərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulayıb. Srebrenitsa soyqırımında 22 nəfər ailə üzvlərimi itirən M. Subasic faciə barədə statistik məlumatlar verib. Bildirib ki, statistik məlumatlara əsasən, faciədə 1402 uşaq, 570 qadın olmaqla 10770 nəfər həlak olub, 20 mindən çox qadın işgəncələrə məruz qalıb, 550 uşaq hər iki valideynini itirib. “Bu soyqırım baş verəndən sonra mən özümə söz verdim ki, günahsız insanlara qarşı törədilən bu vəhşiliklərlə bağlı ədalətin öz yerini tapmasına çalışacam. Və yaxınlarını itirən 8116 qadınla birlikdə bu soyqırıma hüquqi qiymət verilməsi üçün mübarizəyə başladıq. Xocalı soyqırımının qurbanlarının nə yaşadıqlarını çox yaxşı anlayıram”.Görüşdə iştirak edən digər nümayəndələr Suhra Sinanovic, Hadjimesic Ajsa, Jasmin İmamovic, Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Zaur İbrahimli çıxış ediblər.