Tanınmış tarixçi Müdafiə Nazirliyinə qalib gəldi
Azərbaycanlı tarixçi Nəsiman Yaqublu məhkəmə çəkişməsində nazirliyə qalib gəlib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Yaqublu Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etmə faktının təsdiq edilməsi və veteran statusunun verilməsinin Müdafiə Nazirliyinə həvalə edilməsini tələb edib.
Müdafiə Nazirliyi məhkəməyə maraqlı şəxs kimi cəlb edilib. Nərimanov Rayon Məhkəməsi N.Yaqublunun ərizəsini təmin edib. Qurum bu qətnamədən apelyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova qətnaməni qüvvədə saxlayıb və qərar dəyişdirilməyib.
Qeyd edək ki, N.Yaqublu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin baş müəllimidir.