GündəmManşetXəbər xətti

Naməlum avtomobil tərəfindən vurulan Qəbələ sakini ölüb

Naməlum avtomobil tərəfindən vurulan Qəbələ sakini ölüb.Baş Prokurorluqdan verilən məlumata görə, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Salahov Bəxtiyar Tacir oğlunun qeyri-aşkar şəraitdə sağ ayağının baldır sümüklərinin açıq sınığı xəsarətlərini alması və göstərilmiş tibbi yardıma baxmayaraq, о, dünyasını dəyişib.Hazırda cinayət hadisəsinin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.