Müəllimlərin işə qəbulunda dəyişiklik
Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib.Bunu Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.”İşə qəbul müsabiqəsində test imtahan mərhələsində cavablandırma səviyyəsi, ayrılan vaxt təhlil edilərək belə qənaətə gəlindi ki, 90 dəqiqə sualların cavablandırılması üçün kifayət etmir. Bununla əlaqədar həmin müddətin 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib”, – deyə o əlavə edib.