Böyrək transplantasiyası ilə bağlı növbələr var – Deputat
Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var. Bu onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək köçürmə əməliyyatı keçirilir.
Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş aparılır.
“Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün Türkiyəyə göndərilib”, – deyə o qeyd edib.