Qadın-kişi münasibətləri necə olmalıdır? – VİDEO
Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” maarifləndirici, psixoloji verilişin ötən buraxılışda qonağı psixoloq Könül Cəfərova olub.
Aktor.az xəbər verir ki, o, verilişdə “Qadın-kişi münasibətləri” haqqında danışıb. Psixoloji məsləhətlər verərək maraqlı məqamlara toxunub.
Xatırladaq ki, “Bizimlə Məsləhət” verilişi hər həftənin şənbə günü saat 21:00-da SUM TV-də yayımlanır.
Psixoloji cəhətdən əziyyət çəkən insanlara maarifləndirici, psixoloji məsləhətlər verən bu maraqlı verilişin informasiya dəstəyi Aktor.az, Bakıvaxtı.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.
Qeyd edək ki, verilişin müəllif və aparıcısı Teymur Bayramov, quruluşçu rejissoru və operatoru Sərvər Kamranlı, prodüserləri Xanlar Ağayev, Məhəmməd İsgəndərov, montajçısı Tima, redaktoru Teymur Həbibidir.