“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i yeni bir layihənin icrasına start verib

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi XX əsrin bəlalarından sayılan və  XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərməkdir, müasir gəncliyin sağlam gələcəyinin təmin olunmasıdır. İB-in sədri Fatma Hacıyevanın verdiyi məlumata görə ilkin olaraq gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə məlumatlandırma bukleti və maarifləndirici kitabça hazırlanıb çap olunacaq. Layihənin icrası davam edən sonrakı aylarda isə orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclərlə silsilə görüşlər təşkil olunacağı və çap məhsullarının onlara paylanılacağı nəzərdə tutulur, layihədə qaldırılmış problemin nə dərəcədə təhlükəli bir şey olduğunu Azərbaycanın gələcəyi olan gənclərimizə çatdırılacaq.

Qeyd edək ki, sözügüdən layihənin 3 ay müddətində Bakı şəhərində icrası nəzərdə tutulub.