“İnsan alverinə birgə yox deyək” layihəsinin icrasına başlanıldı

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alverinə birgə yox deyək” adlı tədbirlərin təşkili adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.   “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-inin sədrinin verdiyi məlumata görə həyata keçirilən layihədə İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini həyata keçirmək nəzərdə tutulub. Sözügüdən layihənin icrası müddətində Quba, Qusar, Xaçmaz, Şirvana səfərlər təşkil olunacaq, həmin regionların insanları ilə problemin həlli istiqamətində hüquqi və psixoloji söhbətlər aparılacaqdır.

Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i bu günə qədər  bir sıra uğurlu layihələr həyata keçirib.