Əli Əliyev apellyasiya şikayəti verdi
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verilib. Demokrat.az xəbər verir ki, Əli Əliyevin barəsində çıxarılmış hökmdən verdikləri şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Şikayət araşdırılması üçün hakim Habil Məmmədovun icraatına verilib.
Yaxın vaxtlarda məhkəmənin vaxtı məlum olacaq.
Yasamal rayon Məhkəməsinin hökmü ilə Əli Əliyev 5 ay müddətinə həbs edilib.
O, özünü günahkar hesab etmir və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İddiaçıların şikayətlərində bildirib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib.
Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib.